Maraqlı

ABŞ-da internet kəsintisi 6,5 milyon istifadəçiyə təsir etdi

30 Yanvar 2021 22:40
Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın şimal-şərq bölgəsində internet kəsintisi baş verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, günorta fasiləsi zamanı baş verən kəsinti 6,5 milyon istifadəçiyə təsir edib.

Yerli vaxtla saat 11:25 radələrində başlayan və 12:45-ə qədər davam edən internet kəsintisi Vaşinqton, Nyu York və Boston kimi əhalinin sıx məskunlaşdığı şəhərlərdə gündəlik işin yarımçıq qalmasına səbəb olub.

İnternet provayderi Verizon Fios şirkətinin sözçüsü Jim Greer şərq sahilində 6,5 milyon abunəçinin olduğu barədə məlumat paylaşıb və səbəbi bilinməyən internet kəsintisi problemini təxminən 1,5 saat ərzində həll etdiklərini bəyan edib.

Greer kəsilmə səbəbi ilə əlaqədar araşdırmaların davam etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.