Maraqlı

Xperia Compact adlı smartfonlar satılacaq

30 Yanvar 2021 23:45
Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Sony" şirkəti "iPhone 12 mini" cihazına rəqib olacaq yığcam qabaqcıl smartfonunu təqdim etmək niyyətindədir. Bu haqda "Twitter"də nüfuzlu "@OnLeaks" insayderi məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Xperia Compact" adlandırılacaq smartfon 5,5 düymlük diaqonala malik ekranla təchiz ediləcək. Aparat iki sensordan ibarət kamera blokuna malik olacaq, əsas sensorun təsvir ölçüsü 13 mp təşkil edəcək. "Xperia Compact" qurğusunun kənarında barmaq izləri skaneri quraşdırılacaq.

Yığcam smartfonun dəqiq çıxarılma tarixi məlum deyil, lakin yaxın aylarda təqdim edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.