Maraqlı

Xiaomi Mi Band 6-da nələr olacaq?

28 Yanvar 2021 20:15
Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi şirkəti özünün Mi Band smart qolbaq seriyasını yeniləmək üzrədir. Belə ki, internetdə Mi Band 6-nın özəllikləri barəsində məlumatlar ortaya çıxıb. Həmin məlumatlar isə Zepp adlı tətbiqin kodunda aşkar edilib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən şirkət hal hazırda Pangu kod adına sahib iki smart qolbaq üzərində çalışır. Onlardan biri XMSH15HM, digəri isə XMSH16HM model nömrəsinə sahibdir. Güman olunur ki, söhbət, smart qolbağın adi və NFC dəstəkli versiyasından gedir.

Yeni smart qolbağın əsas özəllikləri arasında bir qədər böyüdülmüş ekran, Alexa səsli köməkçisinin dəstəyi və yenilənmiş interfeys var. Bununla yanaşı sözügedən qolbaq GPS, ürək döyüntülərinin ölçülməsi və Pomodoro tətbiqinin dəstəyini əldə etməlidir. Qeyd etmək lazımdır ki, bu tətbiq istifadəçiyə iş zamanı fasiləyə ayrılmasını xatırlatmaq üçün nəzərdə tutulmuş smart tətbiqdir.

Məlumatda qeyd olunub ki, əvvəlki Mi Band modellərindən fərqli olaraq Mi Band 6-da istifadəçinin yuxu üzrə monitorinq məlumatları birbaşa qolbağın ekranında əks olunacaq. Bununla yanaşı smartfondan istifadə etməyərək birbaşa qolbaqda zəngli saatı qurmaq mümkün olacaq. Smart qolbağın digər özəllikləri arasında stress səviyyəsinin ölçülməsi, 30 idman rejiminin dəstəyi və əldə olunan mesajlardakı smayliklərin qolbaq ekranında əks olunması olmalıdır. Məlumata əsasən Mi Band 6 ya yaz fəslində ya da yay fəslinin əvvəlində təqdim olunmalıdır. Smart qolbağın hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.