Maraqlı

ABŞ kəşfiyyatı telefonlardakı ərazi datalarını satın alır

28 Yanvar 2021 20:50
Baxış: 664
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ kəşfiyyat idarələrinin smartfonlardan icazəsiz alınan yer bildirişlərindən istifadə etdiyi iddia olunur.

Milli.Az ted.az-a istinadən bildirir ki, son 2,5 ildə Müdafiə Kəşfiyyat Agentliyi (DİA) analitikləri bu tip verilənlər bazası üzərində 5 ayrı araşdırma apararaq nəticələri Oregon Demokrat Senatoru Ron Wyden ilə paylaşıblar. Bununla yanaşı,  immiqrantları izləmək və həbsdə olan immiqrantları araşdırmaq üçün telefonlardaki ərazi məlumatlarından istifadə edildiyi də vurğulanıb. Xüsusilə də müsəlmanların sıx istifadə etdiyi Muslim Pro-nun istifadəçilərinin yer məlumatlarını ABŞ ordusuna satdığı qeyd edilib.

Xatırladaq ki, noyabrda işin üstü açılandan sonra Muslim Pro məlumat paylaşımını dayandıracağını söyləyib. Həmçinin Apple və Google şirkətləri telefonlardan məlumat toplayan bu tətbiqləri bloklayacaqlarını açıqlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.