Maraqlı

“6G” texnologiyasının üstünlükləri bəlli olub

26 Yanvar 2021 08:41
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"5G" texnologiyası hələ geniş yayılmayıb, amma mütəxəssislər artıq "6G" texnologiyasını müzakirə edirlər. Onlar altıncı nəsil şəbəkələrindən gözləntilər barədə məlumat veriblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Counterpoint" şirkətinin hesabatına əsasən, "6G" şəbəkəsində buraxılış qabiliyyəti terabitlə ölçüləcək. Buraxılış qabiliyyəti dedikdə, müəyyən müddət ərzində qovşaqlar arasında ötürülə bilən məlumatların tutumu nəzərdə tutulur.

"6G" texnologiyasının üstünlükləri aşağıdakılardır:

8K/16K keyfiyyətində videoların striminqi;
holoqrafik təsvirlərin naqilsiz ötürülməsi;
robotların idarə edilməsi vaxtı mikrosaniyəlik ləngimələr;
təkmilləşdirilmiş virtual reallıq təcrübəsi;
Sürücüyə kömək üzrə təkmilləşdirilmiş sistemdə 3D və 4K (ADAS).
 
Ancaq proqnoza görə, "6G" kommersiya şəbəkələrinin işə salınması 2028-ci ildən tez olmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.