Maraqlı

Epidural hematomalar

23 Yanvar 2021 08:46
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Epidural hematomalar travma nəticəsində əmələ gəlir və sərt beyin qişası ilə sümüyün arasında yerləşir.Epidural qansızmaların mənbəyi qişa arteriyasının şaxələri,sərt beyin qişasının xarici səthinin venaları və diploe venaları,venaların sinuslarıdır.
Epidural qansızmalar kəllədaxili təzyiqin yüksəlməsi nəticəsində meydana çıxır.Bu zaman aşağıdakı əlamətlər özünü göstərir.
- çəpgözlülük
- ptoz
- göz almalarının axın hərəkəti
- bəbəklərin daralması və ya genəlməsi
- bəzən bəbək reaksiyalarının olmaması
- nəbzin yavaşıması
- tənəffüs pozulması
Epidural hematomaların gedişi müxtəlifdir.Bəzi hallarda ümumbeyin əlamətləri - süstlük,yuxululuq,qısamüddətli psixomator oyanma,parez baş verir.Bəzən isə nitq pozulmaları şəklində ocaq əlamətləri qeyd olunur.Belə xəstələr yalnız ən sadə tapşırıqları yerinə yetirirlər.Onlar hər işdən tez üzülürlər,məkan və zamanda istiqaməti itirirlər.Tədricən xəstələrdə şüur pozğunluğu yaranır və dərinləşir,ocaq əlamətləri artır..
Əlamətlər travma anından sonra başlayır və get-gedə artmağa başlayır.yBu zaman güclü baş ağrıları, ürək bulanmaları və qusma müşahidə edilir,baş beyin əzilməsinin ocaq əlamətləri,kötük pozulmaları baş verir.Bəzən komatoz vəziyyət baş verə bilir.Komatoz vəziyyətin dərinləşməsi isə hipotonik iflicə,tənəffüs pozulmasına,midriaza,qeyri-iradi sidik ifrazına,bəbəklərin işığa reaksiyasının olmamasına səbəb olur.
Epidural hematomalara diaqnozun qoyulmasında MRT və KT-nın nəticəsi əsas götürülür.
Müalicə qansızma nahiyəsinə frez dəliyi qoymaqla aparılır.Hematoma aşkar edildikdə sümük yarası genəldilir və ya sümük kəsilir,hematoma xaric edilir və qanaxma dayandırılır.Cərrahi müdaxilə vaxtında aparıldıqda müalicənin nəticəsi xoşxassəli olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.