Maraqlı

Tvitterin səhmləri ucuzlaşır

12 Yanvar 2021 23:20
Baxış: 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını blokladıqdan sonra Tvitterin səhmləri ABŞ-dakı hərraclarda təxminən 4 % ucuzlaşıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Tvitterin səhmləri 49,54 ABŞ dolları həcmində ticarət olunub ki, bu da öncəki günün bağlanış qiyməti ilə müqayisədə 3,77%-lik azalma deməkdir.

Xatırladaq ki, bundan əvvəl Tvitter rəhbərliyi şiddətə təhriketmə riski səbəbindən Trampın hesabına girişi yasaqlayıb. Bundan sonra Trampın seçki qərargahının hesabı bloklanıb. Bütün bunlardan öncə isə ABŞ-ın hazırkı Prezidentinin Feysbuk, Instagram, Twitch, Snapchat səhifələri bloklanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.