Maraqlı

“Tesla” və “Panasonic” arasında akkumulyatorlara dair yeni saziş imzalanıb

7 Yanvar 2021 21:15
Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tesla" və "Panasonic" şirkətləri arasında akkumulyator batareyalarının tədarükünə dair yeni saziş imzalanıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, tənzimləyici orqanlara təqdim edilən sənədlərdə şirkətlərin ötən həftə 31 mart 2022-ci il tarixinədək qüvvədə olacaq qiymətqoyma haqqında saziş imzalaması təsdiqini tapıb. Saziş "Panasonic" tərəfindən Yaponiyada istehsal edilən litium-ion akkumulyator elementlərinin tədarükünə aiddir. O, sonradan düzəlişlərin edildiyi 5 oktyabr 2011-ci ildə imzalanmış ilk sazişə əsaslanır. Sənədlə istehsal gücü, qüvvədə olma müddəti ərzində satın alma və investisiya həcmi üzrə öhdəliklər müəyyən edilib.

"Panasonic" əvvəllər də "Tesla" şirkətinə "Model S и Model X" elektromobillərində istifadə üçün nəzərdə tutulan Yaponiyada istehsal edilən akkumulyatorların tədarükü ilə məşğul olub. Bu yaxınlarda isə "Panasonic" daha yüksək xüsusiyyətlərə malik yeni akkumulyator elementlərinin istehsalına başlamasını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.