Maraqlı

Körpənin saçını qırxmaq olmaz?

9 Yanvar 2021 19:20
Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Körpələr bir qədər böyüyəndən sonra saçlarını dibdən qırxmaq ənənəsi var. Bu ənənə uzun illərdir ki, yaşayır. Bu, həm də dibdən kəsiləndən sonra tüklərin daha canlı olacağı, daha çox uzanacağı mənasına gəlir. Mütəxəssislər isə hesab edir ki, bu, düzgün yanaşma deyil və elmi-tibbi baxımdan izahı yoxdur.

Milli.Az  "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı hazırladığı məlumatı təqdim edir:

Sağlamlıq baxımından, körpənin saçını qırxmağa ehtiyac yoxdur. Saçın qırxılması saçın tez uzanmasına, gur olmasına təsir etmir. El arasında belə bir inanc olsa da, əslində elmi olaraq bu, sübut olunmayıb. Çünki saç folikulu (saçın kökünü əhatə edən quruluş) körpə ana bətnində olarkən formalaşmış olur.

Əgər saç çox uzun olarsa və hansısa formada uşağa mane olursa, o zaman 7 həftədən sonra qayçı ilə saçı qısaltmaq olar (saç dibdən qırxılmamalıdır).

Ülgüc yaxud saçkəsən aparatdan istifadə tövsiyə olunmur, çünki uşağın həssas dərisinə zərər verə bilər. İstifadə olunan qayçının isə ucları iti olmamalı və saç ehtiyatla kəsilməlidir.

Tövsiyə olunur ki, uşağın qorxmaması üçün ilk saç kəsimi ev şəraitində olsun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.