Maraqlı

Ukraynalı deputat 24.4$ milyonluq kriptovalyutası olduğunu bəyan etdi

31 Dekabr 2020 18:20
Baxış: 626
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kramatorsk Şəhər Şurasının 19 yaşlı deputatı Rostislav Solod gəlir bəyannaməsində 24,4 milyon dollar dəyərində kriptovalyutası olduğunu qeyd edib. Rostislav Solod bəyannamədə 185.000 Monero (XMR)-ya sahib olduğunu qeyd edib hansı ki, kriptovalyutanı 2015-ci ildə 1 dollar olanda alınıb. Hazırda Monero-nun qiymətinin 132 dollar olduğunu nəzərə alsaq, rəqəmsal aktivlərin ümumi dəyəri 24,4 milyon dollar təşkil edir. Bəyannaməyə əsasən Rostislav Solod kriptovalyutanı 2015-ci ilin mart ayında, yəni 14 yaşında alıb.

Ukraynda korrupsiyanın qarşısının alınması üçün Milli Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən hazırlanmış xüsusi normaya əsasən hər bir vətəndaş (xüsusilə deputatlar) kriptovalyuta aktivlərini bəyan etməlidir. Gəlir haqqında Bəyannamədə yalnız saxlanılan kriptovalyutanın növü deyil, həm də sayı, alma tarixi və kripto-aktivin cari dəyəri göstərilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.