Maraqlı

Parametrit

31 Dekabr 2020 14:35
Baxış: 1 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Parametrit uşaqlığın ətrafında olan piy hüceyrəli toxumanın iltihabıdır. Əgər kiçik çanağın bütünlüklə piy toxuması iltihabi prosesə cəlb olunursa, buna pelviosellulit deyilir. Parametritin inkişafına stafilokokk, streptokokk, bağırsaq çöpləri, anaerob infeksiyalar və ya assosoasiya olunmuş mikroorqanizmlər səbəb olur. Uşaqlıq boşluğunun qaşınması, uşaqlıq daxili spiralların yeridilməsi, uşaqlıq boynunda aparılan əməliyyatlar, intraliqamentar şişlərin soyulması və çıxarılması infeksiyanın parametriuma keçməsinə səbəb olur.
Parametritin inkişafında 3 mərhələ qeyd olunur:

- infiltrasiya
-ekssudasiya
-ekssudatın bərkimə mərhələsi
Çox zaman ekssudat seroz olur, çox nadir hallarda irinləyir. Ekssudatın rezorbsiyası nəticəsində infiltirat sorulur, fibroz birləşdirici toxuma əmələ gəlir. Bu isə uşaqlığın iltihabi proses olan tərəfə əyilməsinə səbəb olur. Əgər ekssudat irinləyirsə, bu zaman irinli parametrit inkişaf edir. İrin bəzən düz bağırsağa, bəzən sidik kisəsinə yayıla bilir. Uşaqlıq ətrafında yerləşən piy toxumasının yerindən asılı olaraq parametritin 3 növü ayırd edilir:
-ön parametrit
-arxa parametrit
-yan parametrit
KLİNİKASI: Xəstələr qarının aşağı nahiyəsində, beldə olan ağrılardan, hərarətin yüksəlməsindən, baş ağrısından, ağızda quruluqdan, iştahanın pozulmasından şikayət edirlər. Palipasiyada qarının aşağı hissəsi ağrılı olur, xəstədə üşütmə olur.
DİAQNOZU: Diaqnoz xəstəliyin kliniki gedişinə, vaginal müayinələrə əsasən qoyulur.
MÜALİCƏSİ: Xəstəliyin müalicəsində antibakterial, desensibilizə edici və ümumi qüvvətləndirici preparatlardan istifadə olunur. Xəstəyə isti prosedurlardan, biostimulyatorlardan istifadə edmək məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.