Maraqlı

Snapdragon 678 təqdim olundu

22 Dekabr 2020 20:15
Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qualcomm şirkəti Snapdragon 678 prosessorunu təqdim edərək özünün orta səviyyəli prosessorlar seriyasını genişləndirib. Bu yeni 8 nüvəli prosessorun əsas özəllikləri sırasında əvvəlki model ilə müqayisədə yüksəldilmiş performans, geniş multimedia imkanları və LTE şəbəkələrdə məlumatların yüksək ötürülmə sürəti var. Bu barədə 4pda saytı xəbər verib. Snapdragon 678 prosessoru 2.2 GHz tezlikdə çalışan yüksək performanslı Kryo 460 nüvəsi il Adreno 612 qrafik çipini özündə birləşdirir.

Prosessorda şəbəkə əlaqələrindən isə inteqrasiya edilmiş Snapdragon X12 LTE modemi cavabdehdir. Bu modem saniyədə 600 Mbit download sürətini və saniyədə 150 Mbit upload sürətini təmin edir. Prosessorun smartfon kameraları ilə qarşılıqlı əlaqədə olması üçün ona inteqrasiya edilmiş Spectra 250L çipindən istifadə edilir. Bu çip eyni anda 3 kamerada 48 MP-lik keyfiyyətlə çəkiliş aparmağa imkan verir. Bununla yanaşı 16 MP-ə kimi iki kamera ilə 4K videoların çəkilişi, 5 qat optik zoom və portret rejimi də dəstəklənir.

Snapdragon 678 prosessoru 60 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ ekranları dəstəkləyir. Bütün bunlardan əlavə olaraq Snapdragon 678 prosessoru neyroşəbəkə hesablamaları üçün ayrıca Hexagon 685 DSP platforması ilə təchiz olunub və Quick Charge 4+ texnologiyası ilə Always on Display funksiyasının dəstəyini əldə edib. Bu orta səviyyəli 8 nüvəli prosessora sahib ilk smartfonların gələn il təqdim olunacaqları gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.