Maraqlı

Daşınan elektronika bazarında tədarük həcmində 35% artım qeydə alınıb

5 Dekabr 2020 21:55
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin üçüncü rübündə qlobal daşınan elektronika bazarının həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 35,1% artaraq 125 milyon olub. Bu barədə "Worldwide Quarterly Wearable Device Tracker"in hesabatında deyilir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər daşınan cihazlara tələbatın artmasını mövsümi amil və "Apple", "Samsung" və başqa istehsalçıların yeni məhsullarının çıxarılması ilə izah ediblər. Bundan başqa, "COVID-19" koronavirus pandemiyası sözügedən bazarın inkişafına imkan yaradıb, istehlakçılar səyahət və restoranlara xərclərini azaldaraq fiziki aktivliyi izləməyə və idmanla məşğul olmağa kömək etməyə imkan verən elektronika cihazlarına daha çox pul xərcləməyə başlayıblar.

"Apple" korporasiyası daşınan elektronika bazarının lideri olaraq qalır, 2020-ci ilin iyul-sentyabrında bazar payı 33,1% təşkil edib. 13,6% göstəriciyə malik "Xiaomi" şirkəti ikinci yeri tutur. "Huawei" şirkəti  üçüncü (11%) olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.