Amerikalılar "qara cümə" günü internet alış-verişinə 9 milyard dollar xərcləyib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ sakinləri koronavirus pandemiyası şəraitində "qara cümə" - böyük endirimlər günündə internet mağazalarından alış-verişə rekord həcmdə - 9 milyard dollar xərcləyib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın ən iri 100 ticarət mərkəzinin 80-nin məlumatını təhlil edən "Adobe Analytics" kompaniyası informasiya yayıb.
Kompaniyanın məlumatına görə, ötən il bu göstərici 7,4 milyard dollar, 2018-ci ildə isə 6,2 milyard dollar təşkil etmişdi. Tədqiqatçıların sözlərinə görə, internet mağazalara marağın artması pandemiya səbəbindən bir çox ştatda adi ticarət nöqtələrinin fəaliyyətinə məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədardır.
Bu il "qara cümə" günü daha çox mobil qurğulara və müxtəlif məişət əşyalarına maraq göstərilib. Ötən illə müqayisədə zinət əşyaları və ayaqqabıya tələbat xeyli azalıb.
Qeyd edək ki, Şükranlıq günü bayramından sonrakı cümə günü endirim ənənəsinin əsası XIX əsrdə qoyulub. "Qara cümə" termini isə ilk dəfə həmin gün müşahidə olunan böyük tıxaclardan narazı qalan amerikalılar tərəfindən işlədilib. Zaman keçdikcə bu söz neqativ çalarını itirərək istisnasız olaraq ilin ən böyük endirimi üçün istifadə edilib və bütün dünyaya yayılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov





