Maraqlı

Dünya rekordu: 144 mərtəbəli bina 10 saniyəyə sökülüb

30 Noyabr 2020 02:30
Baxış: 2 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əbu-Dabi şəhər bələdiyyəsi "Ginnesin Rekordlar" kitabına daxil edilən söküntü işi həyata keçirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hündürlüyü 165 metr olan 144 mərtəbəli "Mina Tauer" mərkəzinin binası cəmi 10 saniyəyə sökülüb.

Əbu-Dabi şəhərinin media ofisindən yayılan məlumatda deyilir ki, bina Mina Zayid ərazisində yeni ticarət mərkəzinin tikilməsi layihəsi çərçivəsində sökülüb. Partlayıcı qurğu vasitəsilə və tamamilə təhlükəsiz qaydada həyata keçirilən söküntü işləri cəmi 10 saniyəyə başa çatıb. Ətrafdakı tikililərə zərər dəyməyib.

Qeyd edək ki, 2 il əvvəl də Əbu-Dabi şəhərində ADNOC milli neft şirkətinin iki hündürmərtəbəli binası sökülmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.