Səudiyyə Ərəbistanı süni zəka sahəsinə 20 milyard dollar investisiya yatıracaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Neftin ixracı ilə məşğul olan böyük dovlətlərdən biri olan Səudiyyə Ərəbistanı neftə olan tələbatın aşağı düşməsi fonunda öz iqtisadiyyatını şaxələndirməyə doğru irəliləyir. Bunun üçün də bu dövlət 10 il ərzində süni zəka texnologiyasının inkişafı üçün 20 milyard dollar vəsait ayıracaq. Bu layihə Səudiyyə Ərəbistanın taxt-tacının vəliəhdi Məhəmməd ibn Salman tərəfindən başladılmış qlobal Vision 2020 strategiyasının bir hissəsi olacaq. Bu barədə Hightech.plus saytı xəbər verib.
"Biz, startaplar və innovasiyalı şirkətlər vasitəsilə süni zəkanı alternativ iqtisadi komponent qismində istifadə etməyə səy göstəririk. Bu məsələdə biz, süni zəkaya əlavə vəsait qənaəti və gəlir mənbəyi kimi baxırıq" - deyə Səudiyyə Ərəbistanın süni zəka və məlumatların idarəsinin (SDAIA) rəhbəri bildirib. Bu layihə üzrə olan təfərrüatlar hələ bilinmir. Lakin Məhəmməd ibn Salman-ın təmsilçilərinin sözlərinə əsasən Səudiyyə Ərəbistanı bu mövzuda çoxmərhələli plan hazırlayacaq və həmin plana süni zəka sahəsində tədqiqatlar, nizamlayıcı qanunlar, yeni iqtisadiyyat və bacarıqlar daxil olacaqlar.
Onilliyin sonunda Səudiyyə Ərəbistanı süni zəka sahəsində dünyanın 15 aparıcı ölkəsi siyahısına daxil olmağı, data science sahəsində 20.000 insana təhsil verməyi və süni zəka sahəsində 300-dən çox aktiv startap yaratmağı planlaşdırır.
Bu yeni layihə bir neçə müddət bundan SDAIA-nın IBM, Alibaba və Huawei şirkətləri ilə əldə etdiyi razılaşmaya uyğun gəlir. Qarşılıqlı anlaşma memorandumuna əsasən Səudiyyə Ərəbistanı süni zəka imkanlarının inkişafı üzrə milli proqramı işə salacaq, böyük texnoloji şirkətlər isə bu proqramın inkişaf etdirilməsində yardımçı olacaqlar. Layihənin qlobal məqsədi energetika sahəsində yeni həllərin yaradılması və ağıllı şəhərlər üçün infrastrukturun qurulmasıdır.
Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanında olacaq ilk ağıllı şəhər (Neom layihəsi) hələ 2017-ci ildə anons edilmişdi. Bu iddialı layihənin yaradıcılarının planlarına əsasən 500 milyard dollar dəyərində olacaq bu şəhər 2025-ci ilə kimi hazır olacaq. Sözügedən ağıllı şəhərdə 5G, aerotaksi, holoqramlar kimi real texnologiyalar və süni yağış şəraiti üçün buludların yerindəcə saxlanması ilə Ayın dronlar vasitəsilə proyeksiyası kimi futuristik texnologiyalar olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
XƏBƏR LENTİ
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir





