Maraqlı

Koronavirusun gizli geni tapıldı

15 Noyabr 2020 14:10
Baxış: 1 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Covıd-19-un genetik kodunda gizli gen tapılıb.

Amerika Təbiət Tarixi Muzeyinin bioinformatika mütəxəssisi Chase Nelsonun rəhbərlik etdiyi tədqiqat qrupu, COVID-19-un genomunda indiyə qədər diqqətdən kənarda qalan bir gen aşkarlayıb. Bu kəşf antivirus dərmanları vasitəsilə koronavirusa nəzarət etmək üçün yeni metodların tapılmasına səbəb ola bilər. Bir növ üst-üstə düşən bir gen olan, başqa sözlə "gen içində gen" olan ORF3d-nin digər genlərin kodlanmış ardıcıllığı ilə üst-üstə düşdüyü üçün nükleotid ardıcıllığında təsirli bir şəkildə gizləndiyi vurğulanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu genin genom ölçüsü baxımından COVID-19-un mövcud olan ən uzun RNT virusları arasında olduğu, bu səbəbdən digər RNT viruslarından daha aldadıcı ola biləcəyi ifadə edilib.

Hələ ORF3d-nin funksiyasını və ya klinik bir əhəmiyyətə sahib olub-olmadığını bilmədiklərini deyən C.Nelson, bununla yanaşı bu genin antikor reaksiyasından fərqli olaraq T hüceyrə reaksiyası ilə müəyyənləşdirilməsinin nisbətən mümkün olmadığını təxmin etdiklərini deyib.

Alim deyib ki, üst-üstə düşən genlərin mövcudluğunu və necə işlədiyini bilmək, koronavirusa qarşı yeni nəzarət üsulları, antivirus dərmanların kəşfinə kömək edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.