Maraqlı

BMW-nin Elektrikli SUV iNext avtomobili 11 Noyabrda təqdim olunacaq

7 Noyabr 2020 22:55
Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMW həvəskarlarının uzun müddətdir gözlədiyi, iNext adlı elektrikli SUV avtomobilinin təqdimatı 11 noyabrda baş tutacaq.

2018-ci ildə BMW tərəfindən elan edilən iNext elektrikli SUV, gələn həftə onlayn olaraq keçiriləcək "NextGen" tədbirində təqdim ediləcək.

"NextGen" tədbirində daha hansı nəqliyyat vasitələri təqdim ediləcək?

Bundan başqa BMW Noyabrın 10-da, təqdimatından bir gün əvvəl, iNext elektrikli SUV avtomobili üçün mini-seriya buraxacaq. 6 seriyadan ibarət olacaq bu serial sənədli və əyləncə janrında olacaq.

NextGen tədbiri çərçivəsində sərgilənəck  yeganə avtomobil  İNext elektrikli SUV olmayacaq. 11 noyabrda BMW-nin motosikllərlə işləyən bölməsi Motorrad yeni motosikllərini elan edəcək. Əlavə olaraq 17 Noyabrda yeni Mini'lər haqqında promosyonlar olacaq. Çoxları tərəfindən bilinməsə də, 2000-ci ildə Mini BMW tərəfindən alınıb və o zamandan bəri BMW-nin alt markası kimi fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.