“iPhone 12” smartfonunun əsas çatışmazlığı açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"iPhone 12" seriyalı smartfonların ilk icmal müəllifləri avtonom iş vaxtının azalmasını bildiriblər. Bu barədə "The Verge" nəşrinin "iPhone 12 Pro" qurğularının icmalında deyilir.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, nəşrin baş redaktoru Nilay Patelin sözlərinə görə, "iPhone 12 Pro" modelinin avtonom iş vaxtı "4G" və "5G" şəbəkələrindən istifadə zamanı kəskin fərqlənəcək. Smartfonun avtonomluğunu sınaqdan keçirmək üçün jurnalist stabil beşinci nəsil mobil rabitə şəbəkəsi zonasının mövcud olduğu Nyu-Yorka səfər etməli olub. Nəticələr müəllifi məyus edib: təxminən 2,5 saatdan sonra smartfonun ekranında enerjinin 18 faiz qalması göstərilib.
Baş redaktor ehtimal edib ki, avtonomluqda fərq standart "5G" şəbəkəsi və millimetrlik diapazon şəbəkələrindən (mmWave) istifadədə də böyük olacaq. Bu onunla əlaqədardır ki, "mmWave" standartı daha çox enerji sərf edir. Avtonomluqla bağlı problemlər "Engadget" texnologiyalar bloqunun müəllifləri tərəfindən də təsdiqlənib. Onlar akkumulyatorun iş vaxtının daha çox olması üçün seriyanın kiçik modellərini yox, "iPhone 12 Pro Max" almağı tövsiyə ediblər. ABŞ nəşrlərinin müəllifləri tərəfindən ümumilikdə avtonomluğun azalması yeni smartfonların əsas çatışmazlıqlarından biri kimi göstərilib.
Bundan başqa, "The Verge"nin baş redaktoru avtonom iş vaxtı ilə bağlı məsələni aydınlaşdırmaq üçün "Apple" şirkətinə müraciət edib. Şərhdə bildirilib ki, şirkət akkumulyatorun enerjisinin gün ərzində istifadə üçün yetərli olacağını gözləyir. Sonda jurnalist qeyd edib ki, 2019-cu ildə təqdim edilən "iPhone 11" avtonom iş vaxtına görə aktual qabaqcıl modellərdən daha yaxşı olub.
Yeni nəsil "Apple" smartfonları oktyabrın 13-də təqdim edilib. Seriyaya "OLED" ekran, "Apple A14 Bionic" prosessoru və "5G" dəstəyi ilə təchiz edilən dörd qurğu daxildir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
XƏBƏR LENTİ
-
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyədə kürəkəninə ağır cəza tələb etdi
-
“Sabah”ın oyununa hansı kanalda baxaq?
-
Zaqatalalı iş adamının ölkədən çıxışına stop qoyuldu
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı





