Maraqlı

“50 Cent” qorxu filmlərinə prodüsserlik edəcək

19 Oktyabr 2020 18:39
Baxış: 845

Dinləyicilərə daha çox "50 Cent kimi" tanınan amerikalı rep ifaçısı Kertis Cekson üç qorxu filmi çəkəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Hollywood Reporter" xəbər verib.

Filmlərə rejissorluq edəcək Elay Rotun sözlərinə görə, onlar əvvəllər çəkməkdən çəkindikləri bir film hazırlayacaqlar.

"50 Cent" isə filmi müşayiət edən məhsulların istehsalı ilə məşğul olacaq. Bunu reallaşdırmaq üçün rep ifaçısının "G-Unit Film & Television" şirkəti "Arts District Entertainment" və "3BlackDot Studios" ilə bir müqavilə imzalayıb.

"50 Cent" əvvəllər də prodüsser kimi fəaliyyət göstərib. Xüsusilə o "Before I Self Destruct", "Crossfire Trail", "Set Up" və "Power" filmlərində iştirak edib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.