Volkswagen Phideon sedanını yeniləyib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Volkswagen şirkəti Çin bazarında satılan flaqman Phideon sedanını yeniləyib. Yenilənmiş sedan Pekin Avtomobil Sərgisində nümayiş olunub. Model artıq dörd ildir ki Çində satılır, lakin o qədər də populyar deyil: məsələn, keçən il Phideon modeli cəmi 14 min nüsxədə satılıb. Restaylinq modelin vəziyyətini yaxşılaşdırmaq və yeni müştərilər cəlb etmək məqsədini daşıyır.
Milli.Az autograph.az-a istinadən bildirir ki, eksteryer dizaynındakı dəyişikliklər cüzidir: işıq texnikası yüngül şəkildə modernləşdirilib, bamperlər və radiator barmaqlığı bir qədər dəyişdirilibdir. Ən diqqət çəkən yenilik kontur işıqlandırması olan loqotipdir. Eyni zamanda, interyer dizaynı baxımından Audi A6 sedanı kimi yaxın rəqiblərdən geridə qalır: Phideon modeli nə virtual cihazlar paneli, nə də klimat-kontrolun sensorlu düymələri olan idarəetmə bloku ilə təchiz edilir.
Ancaq flaqman, zəngin əlavə avadanlıq siyahısına malikdir. Modelin təchizatına mini-soyuducu (ikinci sıra oturacaqların arxasına yerləşdirilib), həmçinin havalandırma və masaj funksiyaları olan arxa oturacaqlar daxildir.
Yerli bazarda Phideon sedanı alternativi olmayan 224 at qüvvəli 2,0-litrlik TSI turbomühərriki ilə almaq olar. Güc qurğusu yeddi pilləli DSG "robotu" ilə tandemdə çalışır. Ötürmə - ön oxadır. Əvvəllər model hibrid güc qurğusu ilə təklif edilirdi, lakin populyar olmadığı ondan imtina edilib. Phideon modeli Şanxay yaxınlığındakı SAIC-Volkswagen birgə müəssisəsində istehsal olunur.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
XƏBƏR LENTİ
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)





