Maraqlı

İşini təmiz gördüyünü sübut etmək üçün tualet suyu içdi - VİDEO

14 Oktyabr 2020 21:30
Baxış: 2 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində təmizlik şirkətlərindən birində işləyən qadın işini təmiz gördüyünü sübut etmək üçün tualetdən su içib.

Milli.Az bildirir ki, "Haber Global"ın məlumatına görə, qadının bu hərəkəti mobil telefonun kamerası ilə lentə alınıb.

Hadisə Çinin Şantunq bölgəsində baş verib. Qadının bu hərəkəti yanındakıların alqışına səbəb olub.

Sosial mediada isə qadını bu işə məcbur edənlər tənqidə səbəb olub.

Qadın verdiyi açıqlamada iki ildir bu işlə məşğul olduğunu bildirib və qeyd edib ki, bunu edərək işini ən yüksək səviyyədə gördüyünü sübut edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.