Maraqlı

“Google Pixel 5” smartfonunun xüsusiyyətləri təqdimatdan öncə məlum olub

26 Sentyabr 2020 19:15
Baxış: 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google"un yeni qabaqcıl smartfonu haqqında ətraflı məlumatlar onun rəsmi təqdimatından bir həftə öncə internetdə yayılıb. "WinFuture" nəşri insayder informasiyasına istinad edərək "Google Pixel 5" cihazının texniki xüsusiyyətləri haqqında dərc edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Pixel 5" aparatı "Snapdragon 765G" prosessoru ilə təchiz edilib və beşinci nəsil mobil şəbəkələrində işi dəstəkləyəcək. 8 QB əməli yaddaş, 128 QB daxili yaddaşa malikdir.

2340x1080 piksel təsvir ölçülü 6 düymlük OLED displeylə təchiz edilmiş "Pixel 5" smartfonu təsviri 90 hers tezlikdə yeniləyə biləcək, 8 mp-lik ön kamera isə matrisə yerləşdirilib. Əsas kamera modulu iki sensora malikdir - 12,2 mp-lik əsas və 16 mp-lik super genişbucaqlı. Smartfon sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4080 milliamper/saat tutumlu batareya ilə təchiz ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.