“LG” orta büdcəli iki smartfonunu təqdim edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"LG" şirkəti eyni anda ortabüdcəli "K62" və "K52" smartfonlarını təqdim edib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "LG K62" smartfonu tərəflər nisbəti 20:9 və təsvir ölçüsü FULL HD olan 6,6 düymlük IPS ekran və 28 mp-lik selfi modul üçün kiçik dəliyə malikdir. Smartfonun arxa kamerası 4 sensordan ibarətdir: 48 mp-lik əsas, 115 dərəcə baxış bucağına malik 5 mp-lik super genişbucaqlı obyektiv, makroçəkiliş (2 mp) üçün modul və dərinlik sensoru.
Aparat 2,3 QHs takt tezlikli 8 nüvəli prosessor, 4 QB əməli yaddaş və 128 QB daşıyıcı (daxili yaddaşı artırmaq üçün "microSD" yaddaş kartından istifadə mümkündür) ilə təchiz edilib.
"LG K62" aparatında təhlükəsizlik üçün barmaq izləri skaneri quraşdırılıb. Daxili akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfon "Android 10" versiyasının idarəetməsi altında işləyir. Yenilik, həmçinin "MIL-STD-810G" hərbi standartının tələblərinə uyğun olan möhkəm korpusa malikdir.
"LG K52" aparatı isə "Full HD" təsvir ölçülü 6,6 düymlük displey, 13 mp-lik ön kamera və 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bundan başqa, smartfon 4 QB əməli yaddaş və "microSD" yaddaş kartını dəstəkləyən 64 QB daxili yaddaşa malikdir. Qurğunun başqa xüsusiyyətləri böyük modellə eynidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
XƏBƏR LENTİ
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı





