Maraqlı

“Mini LED” ekranlı və “5G” dəstəkli “Xiaomi” televizoru nümayiş olunub

26 Sentyabr 2020 08:15
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xiaomi" şirkəti yeni nəsil qabaqcıl "Mi TV Master Extreme Edition" televizorunu rəsmən nümayiş etdirib. Premium model mütərəqqi "Mini LED" texnologiyası üzərində qurulan böyük "8K" ekranı ilə təchiz ediləcək. Beləliklə, şirkət "OLED" ilə müqayisədə görüntünün keyfiyyət və kontrastlığını xeyli artırmağa nail olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Mini LED" displeylərinin qeyri-adiliyi onların konstruksiyasında "OLED" və "IPS" ekranları ilə müqayisədə daha yaxşı rəngvermə və kontrastlığı təmin edən xüsusi submillimetr işıq saçan diodlardan istifadənin nəzərdə tutulmasındadır. Bundan başqa, "Mini LED" ekranlar "OLED"dən 20-30 faiz az enerji sərf edir və daha geniş temperatur diapazonunda işləyir.

"Mi TV Master Extreme Commemorative Edition Xiaomi" televizorunun diaqonal ölçüsü açıqlanmasa da, onun "8K" təsvir ölçüsünü dəstəkləyəcəyi, eləcə də "Wi-Fi" və ya "Ethernet" qoşulması olmadan kontentin translyasiyası üçün "5G" modemlə təchiz ediləcəyi bildirilir.

Yeni televizorun təqdimatı sentyabrın 29-na planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.