Onurğa travmaları ən çox nədən yaranır? Bu əlamətlərə DİQQƏT!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onurğa travmaları qalıcı zədələrə səbəb ola bilər. Gündəlik həyatda yaşanan qəzalar və fiziki aktivlik nəticəsində onurğada meydana gələn qırıq, çıxıq, onurğa beyni zədələri müalicə olunmadığı hallarda ciddi fəsadlara səbəb olur.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan beyin və sinir cərrahiyyəsi uzmanı, professor Mustafa Gürelik yerli mətbuata müxtəlif qəzalar nəticəsində onurğada meydana gələn zədələrin müalicə edilməzsə, həyati təhlükəyə səbəb olduğunu deyib. Mütəxəsssis deyib ki, onurğada qırıqlar və sürüşmələr nəticəsində sümüklər arasındakı disklər yırtıla və ya onurğanı saxlayan əzələ və bağ toxumalarında zədələr yarana bilər. Bu kimi zədələr isə qismən və ya tam iflicə, şiddətli ağrılara səbəb olur.
Neyrocərrah deyib ki, tarvamaların böyük bir qismi şiddətli ağrı versə də, bəzilərində ağrılar yüngül olur. İlkin etapda ciddi əlamət verməyən onurğa zədələri, inkişaf etdikcə dözülməz ağrılarla özünü göstərir.
Professor, xüsusilə idman edərkən təməl qaydaların unudulmamasını, onlara diqqət olunmasını tövsiyə edib. Yol qəzalarının da onurğa travmalarının ən böyük səbəbləri arasında yer aldığını vurğulayan həkim travmadan sonra ortaya çıxan şikayətlər haqda danışaraq bildirib ki, bu hallarda adətən bədənin hər hansı bir yerində gücsüzlük, koordinasiya problemi, iflic, uyuşma, hissiyyatın olmaması, sidik və nəcis ifrazının pozulması, qolların və əllərin hərəkət etdirilməməsi, əzələ zəifliyi kimi şikayətlər özünü büruzə verir.
Onurğa travmalarının ümumiyyətlə, boyunun üst hissəsində, kürəklə bel arasında və belin aşağı hissəsində yarandığını bildirən professorun sözlərinə görə, travma alan şəxsin tibb personalı gələnə kimi hərəkət etdirilməməsi, yer deyişikliyi lazım olduğu halda kürəyi üstdə, onurğanın bükülməsinə imkan vermədən, düz şəkildə, 3-4 nəfər tərəfindən təhlükəsiz yerə götürləməsi vacibdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
XƏBƏR LENTİ
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir





