Maraqlı

Apple 15 sentyabrdakı təqdimatında iPhone 12-ni təqdim etməyə bilər

12 Sentyabr 2020 08:35
Baxış: 1 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple elan etmişdi ki, şirkətin növbəti təqdimat tədbiri 15 sentyabr tarixində baş tutacaq. Lakin görünür, həmin təqdimat tədbirində yeni iPhone 12 modellərini gözləmək lazım deyil. Bu barədə Gagadget saytı xəbər verib. Bundan daha öncə Bloomberg-in jurnalisti Mark Gurman və məşhur insayder Jon Prosser də bildirmişdilər ki, bu ay Apple şirkəti yeni iPhone modellərini təqdim etməyəcək. İndi isə bu məlumatı məşhur insayder Evan Blass təsdiqləyib.

Evan Blass-ın verdiyi məlumata əsasən 5G dəstəkli iPhone 12 modellərinin ön sifarişləri 20 oktyabr tarixində bitəcək. Adətən Apple şirkəti ön sifarişləri 1 həftə ərzində saxlayır. Burdan da belə qənaətə gəlmək olar ki, Apple şirkəti yeni iPhone 12 modellərini ön sifarişdən 1 həftə öncə təqdim edəcək. Yəni 13 oktyabr tarixində. 15 sentyabrda baş tutacaq təqdimat tədbirinə gəldikdə isə çox güman ki, şirkət həmin gündə yeni iPad Air modelini və Apple Watch Series 6 seriyasını təqdim edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.