Allahın xüsusi bəndələrinin 5 xüsusiyyəti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-Kərimdə buyurulur: "Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər. Və o kəslər(dir) ki, "ey Rəbbimiz, cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir" deyərlər.
Şübhəsiz, cəhənnəm pis yer və pis məskəndir. Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar.
Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla, öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar". ("Furqan" 63-68).
Bu mübarək ayələrdə Allahın xüsusi bəndələrinin 5 xüsusiyyəti bəyan edilmişdir ki, onlara diqqət edək və özümüzdə bu sifətləri gücləndirək:
1. Yer üzündə təkəbbürlə yol getməz və təvazökar olarlar. Allahın xüsusi bəndələri özlərini əxlaqın rəzil sifətlərindən pak edir və nəfslərinin islahı ilə məşğul olurlar. Ona görə də heç bir zaman təkəbbür etməz və lovğalanmazlar. Əksinə, çox təvazökar və sadə insanlar olarlar.
2. Başqaları ilə yaxşı rəftar edərlər. Allahın xüsusi bəndələri çalışarlar ki, hamı ilə yaxşı münasibətdə olsunlar. O zaman ki, nadanla rastlaşarlar, onlarla da səbir və alicənablıqla rəftar edərlər.
3. Allahla rabitə qurmaq üçün xüsusi zamanları vardır. Bu insanlar gündüz ibadəti ilə yanaşı, Allahları ilə gecə də rabitədə olar və Ona ibadət edərlər.
4. İnfaq əhlidirlər, ancaq israf etməzlər. Bu insanların yoxsullara xüsusi diqqət və inayəti vardır. Lakin bu işdə də ifrat etməzlər.
5. Allah Təalaya xaliscəsinə müti olarlar. Onlar heç bir şeyi Allaha şərik qoşmazlar. Onlar ancaq Allah razılığını düşünən insanlardırlar. Ona görə də günah etmir və Allahın haramlarından çəkinirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)
-
Sankt-Peterburqa dron hücumu oldu - (Foto)
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Markdan süni intellektlə bağlı gözlənilməz qərar
-
Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib - (Video)
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Melaniya Tramp milyonlar qazandı
-
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır - (Foto)
-
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
-
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın öldü
-
Azərbaycanda zəlzələ oldu
-
"Aşkı-Memnu"nun ulduzu yeni serialla qayıdır
-
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir





