Maraqlı

Yeni Apple Watch iPod Nano-ya bənzəyən qutu ilə təqdim olundu

10 Sentyabr 2020 23:15
Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple-ın yeni ağıllı saatının bəzi görüntüləri ortaya çıxıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Tvitter-də sızdırılan görüntülərdə Apple-ın sınaq üçün göndərdiyi bir Apple Watch nümayiş olunur.

Şirkətin yeni ağıllı saatlarını gizlətmək üçün istifadə etdiyi saxlama qutusu diqqətdən yayınmır.

Görüntülərə inansaq, Apple-ın yeni ağıllı saatı paslanmayan polad konstruksiyaya sahib olacaq.

Bundan əlavə, developerlər Apple Watch ilə inteqrasiya olunmuş idarəetmə düyməsini əvvəlki nəsillərdə olduğu kimi istifadə ediblər. Apple yeni ağıllı saatında dizayn baxımından çox da dəyişiklik etməyəcək.

Test üçün göndərilən Apple Watch prototipinin ən maraqlı tərəfi yerləşdirildiyi qutudur. Şirkət yeni ağıllı saatı iPod kimi göstərməyə çalışıb. Apple-ın üçüncü nəsil iPod Nano dizaynını xatırlayırsınızsa, yuxarıdakı görüntünün sizə tanış gəlmə ehtimalı böyükdür. Əslində 6-cı nəsil iPod Nano sahibləri üçüncü tərəf qutuları satın almış və bu məhsulları ağıllı saat kimi istifadə etmişlər. Göründüyü kimi, Apple da bundan ilham alaraq qutu hazırlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.