Maraqlı

İlk hibrid batareyalı gəmi istifadəyə verildi - ESTONİYADA

8 Sentyabr 2020 23:50
Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniyanın Virtsu-Kuivastu limanında ilk hibrid batareyalı Tõll gəmisi sərnişinlərin istifadəsinə verilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, gəminin ilk reysi üçün akkumulyatorları ölkənin İqtisadiyyat və İnfrastruktur naziri Taavi Aas, "TS Laevad" şirkətinin sədri Valdo Kalm və TS Laevad idarə heyətinin sədri Yaak Kaabel işə salıb.

"Bütün nəqliyyat sektoru iqlim hədəflərinə çatmaq üçün irəliləyir. İddialı iqlim hədəfləri ekoloji cəhətdən təmiz texnologiyalara və qərarlara keçidi sürətləndirir. Hibrid batareyalı ilk sərnişin gəmisi Estoniyadakı bütün bərə daşımaları üçün inkişaf meyarıdır", - deyə T.Aas söyləyib.

Bildirilib ki, gəminin akkumulyator batareyaları onun elektrik enerjisi ilə qismən hərəkət etməsinə imkan verir ki, bu da istifadə olunan dizel yanacağının miqdarını azaldır və havanın çirklənməsinin qarşısını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.