Maraqlı

“Tesla” 5 milyard dollarlıq səhm sata bilər

8 Sentyabr 2020 21:20
Baxış: 841
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "Tesla" şirkətinin rəhbərliyi təxminən 5 milyard dollar dəyərində səhmləri satmağı planlaşdırır.

Milli.Az techland.az-a istinadən bildirir ki, söhbət 31 avqustda bitən 5:1 prinsipi üzrə hissə bölüşdürmə proseduru nəticəsində əldə edilən qiymətli kağızlardan gedir. Şirkət bununla bağlı bir neçə bankla razılığa gəlib. Ümumilikdə, "Tesla" hər bir səhminin dəyəri 480 dollar olan 5 milyard dollar dəyərində qiymətli kağızları tədricən birjaya yerləşdirəcək.

"Bloomberg"in mütəxəssislərinin hesabatına görə, son 10 ildə "Tesla" səhmlərin təkrar yerləşdirilməsindən 14 milyard dollardan çox vəsait qazanıb. Şirkət sonuncu dəfə bu ilin fevral ayında təxminən 2 milyard dollar dəyərində qiymətli kağız satıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.