“İİlin Dünya Avtomobili” adına namizədlərin ilkin siyahısı açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İlin Dünya Avtomobili" (World Car of The Year, WCOTY) müsabiqəsinin təşkilatçıları qələbəyə namizəd olan 24 avtomobilin adını açıqlayıblar. Siyahı ilkin xarakter daşıyır və dəyişiklik etmək üçün vaxt vardır, çünki son versiya yalnız dekabr ayına qədər formalaşmalıdır. Xüsusilə də, hələ təqdim olunmamış modellər bu siyahıya daxil edilə bilər. Məsələn, təqdimatı sentyabrda keçiriləcək yeni nəsil Mercedes-Benz S-Class sedanının bu siyahıya düşmək şansı vardır.
Cari siyahıda Almaniya Audi A3, BMW 2 Series Gran Coupe, BMW 4 Series, Mercedes-Benz GLA və Volkswagen ID.4 modelləri ilə təmsil olunub. Koreya markaları Genesis G80, Hyundai Elantra/Avante, Hyundai i10/Grand i10, Hyundai i20, Kia K5/Optima, Kia Sonet və Kia Sorento ilə təmsil olunurlar. Yaponiya Honda Jazz / Fit, Honda e, Mazda MX-30, Nissan Rogue/X-Trail və eyni anda dörd Toyota modeli ilə təmsil olunub: Highlander, Sienna, Venza/Harrier və Yaris /Yaris Cross. Siyahıdakı yeganə amerikan avtomobili Ford Escape/Kuga krossoveridi. Citroen C4/e-C4, Seat Leon və Skoda Octavia da ilkin siyahıda yer alıblar.
Müsabiqənin qalibi 29 ölkəni təmsil edən 90 avtomobil jurnalistinin daxil olduğu münsiflər heyəti tərəfindən seçiləcəkdir. Müsabiqənin qalibi 2021-ci ilin yazında keçirilməsi planlaşdırılan Nyu-York avtosalonunda elan ediləcəkdir.
2021-ci ildə "İlin Dünya Avtomobili" adını bütün bazarlarda təmsil olunmayan bir modelin alması da mümkündür. Belə bir presedent artıq 2020-ci ildə olub - müsabiqənin qalibi yalnız ABŞ bazarında satılan Kia Telluride krossoveri qazanıb. Yeni siyahıda yer alan belə avtomobillərə misal kimi, Hindistan bazarında satılacaq Kia Sonet modelini, həmçinin Yaponiya, ABŞ və Kanadada satılan Toyota Harrier krossoverini göstərmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
XƏBƏR LENTİ
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video





