Maraqlı

$100 milyard sərvəti olan Mark Zuckerberg'in startap quranlara 5 məsləhəti

1 Sentyabr 2020 08:11
Baxış: 1 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mark Zuckerberg, 2004-cü ildə kollec yataqxanasında otaq yoldaşları Dustin Moskovitz və Chris Hughes ilə birlikdə başladığı Facebook sosial şəbəkəsinin qurucusu və icraçı direktorudur.

Mark haqqında bəzi maraqlı faktlar:

- Mark Zuckerberg gənc yaşda - 12 yaşında ikən proqramlaşdırmaya başlayıb

- Facebook'da işləmək üçün ikinci kursdan sonra Harvard Universitetini tərk edib

- Steve Jobs kimi Mark Zuckerberg'in də Facebook'un baş direktoru olaraq illik maaşı $1-dır

- Mark, Steve Jobs'un böyük pərəstişkarıdır

Mark'ın startap qurmaq istəyənlərə 5 məsləhəti

1. Vaxtınızı sərf etdiklərinizi əldə edirsiniz - Mark Zuckerberg inanır ki, insanlar qoyduqlarının ekvivalentini alırlar. Vaxtınızın dəyərini bilin.

2. Səhvlər edin - Ən əsası səhvlərdən tez zamanda öyrənmək və təslim olmamaqdır.

3. Ətrafınızdakı insanlardan öyrənin - O, inanır ki, ağıllı insanlar öyrənməyi sevirlər. Öyrənin və tətbiq edin.

4. Böyük xəyalınız olsun - Dünyada həqiqətən böyük və müsbət dəyişiklik edən və gələcək nəsillərə təsir edəcək dəyər yaradın.

5. İşinizə qarşı həvəsli olun - Ehtiraslı olduğunuz sahəni tapın

Bəs siz Mark Zuckerberg haqqında hansı faktları bilirsiniz?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.