Maraqlı

Çimərlikdə bunları etmək infarkt riskini artırır

5 Sentyabr 2020 19:40
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çimərliklərə gedərkən Günəş vannasını səhər saat 11-ə qədər və axşam 5-dən sonra qəbul etmək lazımdır. Çünki 11-dən 5-ə kimi qəbul olunan Günəş şüaları həm günvurmaya səbəb olar, həm də dəridə ləkə və yanıqlar əmələ gətirər.

Bunu Respublika Diaqnostika Mərkəzinin (RDM) həkim-terapevti Mehriban Əfəndi açıqlayıb.

Həkim vurğulayıb ki, saatlarla Günəş altında qalıb dərhal soyuq suya girmək də olmaz: "Ürək-damar xəstəliyi olanlara isti qumdan sonra soyuq suya girmək məsləhət deyil, bu, infarkta səbəb ola bilər. Soyuq dəniz suyunda uzun müddət qalmaq olmaz, immun sistem zəifləyər və bir çox xəstəliklər inkişaf edər. Ümumiyyətlə, suda 15 dəqiqədən artıq qalmayın".

Terapevt vurğulayıb ki, açıq yara ilə suya daxil olmaq olmaz: "Çünki dəniz suyu minerallarla olduğu kimi, bakteriyalarla da zəngindir. Yaralara infeksiya düşmə ehtimalı çoxdur".

Onun sözlərinə görə, ayaqların altında bəzi xüsusi nöqtələr var və isti qumda gəzərkən bu, daxili orqanların fəaliyyətini yaxşılaşdırar. İsti qumda gəzmək həmçinin artıq çəkinin itirilməsinə yardımçı olur. 1 saat qumda qaçışla 600 kalori itirə bilərik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.