Maraqlı

Nano almaz batareyaları karbon emissiyası probleminin qarşısını ala bilər

29 Avqust 2020 21:20
Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kaliforniyada yerləşən NDB şirkəti həm qısa ömürlü batareya, həm də karbon emissiyası problemini həll edə biləcək yeni bir batareya hazırlayıb. Nüvə tullantılarından hazırlanan bu batareyanın texnologiya dünyasını dəyişdirə biləcəyi deyilir.

Şirkətin iddiasına görə, enerji tələb etmədən 10 ildən 28 min ilə qədər bir batareya ömrü təqdim edəcəklər.

Milli.Az ted.az-a istinadən bildirir ki, Newatlas-da yer alan xəbərlərə görə, şirkət litium ionundan daha yüksək güc sıxlığı təklif edəcək. Elektrikli avtomobil qəzalarında da çox etibarlı olan bu batareyalar, hazırda istifadə olunan litium-ion batareyalardan daha ucuz olacaq.

London universitetindən professoru doktor John Shawe-Taylor NDB-nin böyük bir problemə çevrilən karbon emissiyalarını bahalı infrastruktur layihələri, enerji nəqli xərcləri və ya ətraf mühitə zərərli təsirlərə maliyyət verməyəcək şəkildə həll etmə potensialına sahib olduğunu söylədi. NDB, sadə və qənaətli bir şəkildə öz xammal karbon 14 materiallarını hazırlaya biləcəklərini söylədi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory