Maraqlı

Wordpress Apple-a ödəniş etməli olacaq

25 Avqust 2020 22:45
Baxış: 848
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

iOS üçün WordPress tətbiqi yenilənmə ala bilmir. Tətbiq artıq Apple ilə problem yaşayanlar siyahısına daxil olmaq üzrədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət bir müddətdir Fortnite ve Epic Games Store ilə də razılığa gələ bilmir. Wordpress rəhbəri isə Tvitterdəki paylaşımında Apple-a hər hansı komissiyanı ödəmədiyi təqdirdə tətbiqin yenilənmə ala bilməyəcəyini açıqlayıb. Tətbiq yaradıcısı həmçinin fəaliyyət göstərdiyi müddət ərzində Apple-ın qaydalarına mütləq şəkildə riayət etdiyini söyləyib.

Paylaşımdan sonra Apple rəsmiləri Wordpress-in ödənişi qəbul etdiyini açıqlayıblar. Bununla Wordpress də Apple-ın maliyyəsini təmin edən şirkətlər sırasına daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.