Maraqlı

Huawei Band 4 Pro təqdim edildi - Əsas xüsusiyyətləri

25 Avqust 2020 22:15
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Huawei Band 4 Pro istifadəçilərə təqdim edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni model 11 fərqli idman növünü dəstəkləyir. GPS modulu ilə inteqrasiya olunan Huawei Band 4 Pro idman məlumatlarını hər hansı telefona bağlanmadan qeyd edə bilir.

Cihazda 0,95 düymlük AMOLED ekrandan istifadə olunub. Çəkisi 25 qram olan ağıllı bilərzik 5-12 gün müddətində enerji saxlama qabiliyyətinə sahibdir.

Modeldə nəbz ölçmə, yuxu rejiminin təqibi və digər tibbi funksiyalar da mövcuddur.

Qeyd edək ki, hazırda yalnız Türkiyədə istifadəyə verilən Huawei Band 4 Pro yaxın günlərdə digər ölkələrdə də təqdim ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.