Maraqlı

İnternetin sürəti üzrə yeni rekord

25 Avqust 2020 07:21
Baxış: 1 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Londonda fiber-optik kabel üzrə məlumatların ötürülməsi sürəti üzrə yeni rekorda imza atılıb: saniyədə 178 terabit (Tbit/s) və ya 178000 Qbit/san. Bu sürət saniyədə 4K təsvir ölçüsündə 200 film yükləmək üçün kifayətdir. "Netflix" xidmətinin bütün media kitabxanası 20 saniyə, "YouTube" hostinqində ümumi həcmi 400 min terabayt olan bütün çarxları isə 37 dəqiqə ərzində yüklənilə bilər.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, 178 Tbit/s - bu, istifadəçilər üçün ən sürətli internet qoşulmasından 17800 dəfə daha sürətlidir. Bu gün Yaponiya, ABŞ və Yeni Zelandiyanın bəzi regionlarında sürəti 10 Qbit/s-dək olan istehlak şəbəkələrinə qoşulmaq olar.
 
Yeni sürət həddi London Universitet kollecinin avadanlığında əldə edilib. Sınaqda, həmçinin Britaniyanın "Xtera" və Yaponiyanın "KDDI Research" şirkətlərinin mühəndisləri iştirak ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.