Maraqlı

MicroStrategy 250 milyon dollarlıq bitcoin aldı

23 Avqust 2020 22:55
Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən böyük müstəqil biznes-analitika şirkəti MicroStrategy bitcoin-i əsas ehtiyat aktivi kimi qəbul etdi. MicroStrategy avqustun 11-i 250 milyon dollar dəyərində 21.454 BTC satın aldığını təsdiqlədi. Biznes analitikası sahəsində lider olan MicroStrategy texnologiya meyllərini proqnozlaşdıran 30 illik tarixə malikdir və analitika üzrə proqram təminatı sektorunda ilk şirkətlərdən biridir.

MicroStrategy-in icraçı direktoru Michael J. Saylor: "Bitcoin-ə edilən investisiyamız səhmdarlarımız üçün uzunmüddətli dəyər artırmağı hədəfləyən yeni kapital bölgüsü strategiyamızın bir hissəsidir. Bu investisiya dünyada ən çox istifadə edilən bitcoin-in cəlbedici investisiya aktivi və etibarlı yığım vasitəsi olduğuna inamımızı əks etdirir. Bitcoin - rəqəmsal qızıldır, lakin adi pullardan puldan daha mürəkkəb, daha sürətli və daha ağıllıdır. Texnologiyanın inkişafı, tətbiqetmə miqyasının genişlənməsi və şəbəkə effekti ilə onun dəyərinin artacağını gözləyirik."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.