Maraqlı

iPhone 12 seriyasının satış tarixi ilə bağlı yeni XƏBƏR

15 Avqust 2020 19:40
Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın texnologiya nəhəngi olan Apple şirkətinin yeni iPhone 12 smartfonlarının təqdimatı nəzərdə tutulan vaxtdan daha gec baş tutacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu əksərən doğru olan sızdırmalarla gündəmə gələn bloger Con Prosser bildirib.

O bildirib ki, Apple bu il iki iri anons həyata keçirməyi planlaşdırır. Sentyabrın 7-də şirkət yeni Apple Watch və iPad-i təqdim edəcək.

Oktyabrın 12-də isə iPhone 12 seriyasının təqdimatı baş tutacaq. Yeni smartfonlar oktyabrın 19-dan satışa çıxarılacaq.

Eyni zamanda, "iPhone 12 Pro" smartfonlarının təqdimatının noyabradək ləngiyəcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.