Maraqlı

Apple əməliyyat sistemini yenilədi

15 Avqust 2020 19:20
Baxış: 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple şirkəti iOS qurğular üçün yenilənmiş iOS 13.6.1 əməliyyat sistemini təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, iOS 13.6.1 yenilənməsi 110 Mb-a bərabərdir.

Əməliyyat sisteminin yeni versiyasında əvvəlki yenilənmənin səhvlərini düzəltmək üçün quraşdırılmalı olan kiçik həll elementləri mövcuddur.

Cihazın yaddaş kartında maksimum göstəricilərə yaxınlaşdıqda istifadəçilərin bəzi faylları smartfondan silinirdi. Yeni sistemdə həmin problem artıq həll olunub.

Güman olunur ki, iOS 13.6.1, Apple şirkətinin bu ilin payızında yeni və daha güclü iOS 14 əməliyyat sistemini təqdim etməzdən əvvəl son sistem yenilənməsi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.