Maraqlı

Brauzerin “incognito” rejimi sizi qorumur

15 Avqust 2020 23:10
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Incognito" rejimi müəyyən cihazda istifadəçinin məxfiliyini təmin edə bilər, lakin şəbəkədə anonimliyə zəmanət vermir.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə "Group-IB" kompüter kriminalistikası laboratoriyası rəhbərinin müavini Sergey Nikitin danışıb.

Ekspert bildirib ki, inkognito rejiminin həll etdiyi əsas məsələ konkret qacetdə baxış tarixçəsinin aradan qaldırılmasıdır.

"Beləliklə, bu rejim şəbəkədə sizin anonimliyinizi təmin etmir, sadəcə müəyyən cihazda gizliliyinizi təmin edir", - deyə Nikitin bildirib.

Onun sözlərinə görə, inkognito rejimi yalnız başqa insanın və ya ictimai kompüterindən istifadə etmək məcburiyyətində qaldığınız halda uyğundur. Bu rejim, ziyarət tarixini, səhifə sinxronizasiyasını və son axtarış sorğularını gizlətməyə imkan verir. Şəxsi kompüterlərdə isə funksiyanın istifadəsi məsləhət görülmür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.