Maraqlı

21 dollarlıq məşhur oyun 5 gün ərzində ödənişsiz oldu

11 Avqust 2020 20:30
Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 K Games-in bir neçə ay öncə nümayiş etdirdiyi  Borderlands 3 oyunu hazırda Steam platformasında ödənişsizdir.

Milli.Az ted.az-a istinadən bildirir ki, 5 gün oynadıqdan sonra oyundan 50% endirimlə yararlanmaq mümkündür. Avqustun 12-dək pulsuz oynanılacaq oyun Epic Games kimi digər platformalarla çarpaz dəstək təklif edir. Dostunuz başqa bir platformanın istifadəçisi olsa belə, birlikdə oynamaq mümkündür. Bundan əlavə, həm Steam, həm də Epic Games versiyaları kiber hücumlara qarşı Denuvo müdafiəsi ilə təchiz olunublar.

Borderlands 3-ü 5 gün ərzində ödənişsiz oynamaq üçün nə etməli?

Bunun üçün öncə aşağıdakı link vasitəsilə oyunun Steam səhifəsinə daxil olmaq lazımdır:

Daha sonra səhifənin alt qismində olan "Borderlands 3 oynayın" bölməsində "Oyunu başla" düyməsi sıxılmalıdır.

Açılan pəncərədəki addımları izləyərək Borderlands 3-ü kompüterə quraşdırmaq mümkündür.

Xatırladaq ki, oyunu yükləmək üçün 81,35 GB yaddaşa ehtiyac var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.