Maraqlı

Korporativ sektorun İT sahəsində xərcləri azalıb

8 Avqust 2020 07:31
Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gartner" şirkəti bu il üçün korporativ informasiya texnologiyaları bazarının inkişafı üzrə yeni proqnoz dərc edib. Sahəyə pandemiya, özünütəcrid və mürəkkəb iqtisadi vəziyyət təsir göstərib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, analitiklərin fikrincə, 2020-ci ildə korporativ İT seqmentində ümumi xərclər 2,7 trilyon dollar səviyyəsində olacaq. Gözləntilər özünü doğruldacağı təqdirdə ötən ilə nisbətdə azalma 8 faiz təşkil edəcək.

Dövlət sektorunda azalma nisbətən az olacaq - təxminən 0,5-0,6 faiz. Beləliklə, xərclər bir il əvvəlki 440 milyard dollara qarşı 438 milyard dollar səviyyəsində olacaq.

Şirkət ekspertlərinin fikrincə, dövlət İT sahəsində xərclər bütün istiqamətlər üzrə azalacaq. Belə ki, müxtəlif elektron qurğuların alışı üçün xərclər 8,3 faiz, data mərkəzləri məhsulları üçün 7,2 faiz azalacaq. Telekommunikasiya xidmətlərinin gəlirləri ötən illə müqayisədə 2,4 faiz aşağı düşəcək. Yalnız proqram təminatı kateqoriyasında xərclərin 4,4 faiz artımı proqnozlaşdırılır.

Lakin artıq 2021-ci ildə sahə pandemiyanın səbəb olduğu böhrandan çıxmağa başlayacaq. Belə ki, dövlət İT sektorunda xərclər illik hesablamada 3,3 faiz artaraq 452 milyard dollara çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.