Maraqlı

COVID-19-a qarşı təbii vasitə

6 Avqust 2020 20:20
Baxış: 1 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq alimlər qrupu yosunların tərkibindəki heparinin ABŞ-da COVID-19-un müalicəsində istifadə olunan "Remdesivir" dərmanından daha təsirli olması qənaətinə gəliblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Cell Discovery" jurnalında çap edilən nəticələrə əsasən, alimlər dəniz yosunundan əldə edilən üzvi maddələrin - heparinin üç variantının və fukoidanların iki növünün antiviral aktivliyini testdən keçiriblər.

Məlum olub ki, heparin SARS-CoV-2-ni bloklamaq qabiliyyəti ilə "Remdesivir" də daxil olmaqla, bir çox antiviral dərmanları üstələyir.

"Hazırda COVID-19 infeksiyası burun daxilində başlayır və bu maddələrin hər biri antiviral burun spreyinin yaradılması üçün əsas ola bilər.

Bununla infeksiyanı erkən mərhələdə müalicə etmək, hətta qarşısını almaq mümkündür", - deyə tədqiqatçılardan biri - professor Robert Linhardt bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.