Maraqlı

Almaniyada uçan taksi sınaqdan keçirilib

6 Avqust 2020 08:41
Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uçan taksi saatda 120 km sürətlə 4-dək sərnişini 100 km-dək məsafəyə daşıya bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "CityAirbus" adlandırılan bu taksilər məsafədən idarə edilir və elektrik enerjisi ilə işləyir.

Uçan taksinin yaradıcıları yaxın gələcəkdə insanların şəhərlərdə tıxacsız daşına biləcəyinə ümid edirlər. Hər bir nəqliyyat vasitəsi dörd propellerlə təchiz edilib. Uçan taksinin hərəkəti üçün sürücü tələb olunmur. Bu, sosial təcrid şəraitində uçan taksilər üçün vacib üstünlükdür. Həm də səssizdirlər.

Hələ ki uçan taksilərin istifadəyə verilməsi ilə bağlı dəqiq tarix açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.