Maraqlı

Samsung smartfonları Google-dan daha çox asılı olacaqlar

1 Avqust 2020 08:55
Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Android əməliyyat sisteminin əsas üstünlüklərindən biri onun open source olmasıdır. Buna görə də hər bir smartfon istehsalçısı öz cihazlarında istifadəçilər üçün unikal təcrübə təqdim edə bilir. Məsələn Samsung şirkəti özünün servis və tətbiqlərini inkişaf etdirir. Lakin yaxın zamanda bu məsələdə vəziyyət dəyişə bilər. Bu barədə XDA-Developers saytı xəbər verib.

Belə ki, məlumata əsasən Google şirkəti öz servislərini Samsung smartfonlarında inkişaf etdirmək üçün şirkətlə danışıqlar aparır. Google Search, Google Assistant və Google Play servislərinin Samsung smartfonları ilə planşetlərində hətta Bixby səsli köməkçisindən və Galaxy Store-dan daha sıx inteqrasiya ediləcəkləri gözlənilir.

Gələcəkdə bu məsələ həmçinin brauzeri və səhhətin monitorinqi üçün nəzərdə tutulmuş tətbiqləri də əhatə edə bilər. Məlumata əsasən Google şirkəti öz servislərinin sözügedən istehsalçının məhsullarında inkişaf etdirilməsi üçün ona vəsait ödəyəcək. Lakin müqavilənin Google şirkətinə hansı qiymətə başa gələcəyi bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.