Las-Veqasda keçirilən illik istehlak elektronikası sərgisinin təşkilatçıları elan ediblər ki, 2021-ci ildə "CES" sərgisinin bütün tədbirləri rəqəmli formatda keçiriləcək.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu qərar səhiyyə sahəsində davam edən böhrana görə Texnologiyalar İstehlakçıları Assosiasiyası tərəfindən qəbul edilib. Sərgi 2021-ci il yanvarın 6-dan 9-dək keçiriləcək, iştirak edən şirkətlər yeni məhsullarını onlayn yayım vasitəsilə nümayiş etdirə biləcəklər.
Assosiasiya, həmçinin qeyd edib ki, 2020-ci ildə oflayn formata geri qayıdaraq Las-Veqasda "CES" sərgisini keçirməyi planlaşdırır.
Milli.Az