Maraqlı

“Huawei” sanksiyalara baxmayaraq dünyada ən populyar smartfon istehsalçısı olub

1 Avqust 2020 07:01
Baxış: 1 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun illər "Samsung" dünyada ən populyar smartfon istehsalçısı olub. Son bir neçə ildə isə "Huawei" şirkəti birinci pilləni ələ keçirmək istəyirdi, amma müxtəlif səbəblərə görə buna müvəffəq olmurdu. Amma şirkət ABŞ sanksiyalarının sərt təzyiqi altında olduğu bir vaxtda Cənubi Koreya nəhəngini geridə qoyaraq birinci yeri tutmağa nail olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni hesabata əsasən, 2020-ci ilin aprelindən iyun ayınadək olan bir dövrdə "Huawei" şirkəti 55,8 milyon smartfon tədarük edib, reytinqdə ikinci pilləni tutmuş "Samsung" şirkəti isə yalnız 53,7 milyon smartfon tədarük etməyə nail olub. "Huawei" şirkəti tərəfindən tədarük edilmiş smartfonların 50%-dən çoxu Çin bazarının payına düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.