Maraqlı

Köhnə smartfonlar “Android”in tam versiyasından məhrum olacaq

30 İyul 2020 07:01
Baxış: 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

512 MB əməli yaddaşa malik rabitə qurğuları "Google"un mobil xidmətlərinə giriş imkanından məhrum olacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Google" şirkəti smartfonlar üçün yeni texniki tələblərini açıqlayıb: "Android" sisteminin 11-ci versiyasının idarəetməsi altında işləyən və 512 MB əməli yaddaşa malik qurğular "Google"un mobil xidmətlərinə giriş imkanından məhrum olacaq. Siyahıda proqramlar mağazası, "YouTube", xəritə və digər xidmətlər yer alıb.

Sənəddə, həmçinin deyilir ki, 2 QB və daha az əməli yaddaşa malik smartfonlar "Android"in tam versiyası ilə deyil, daha yüngül "Android Go" versiyasının idarəetməsi altında işləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.